4-cü duel
25.07.2014 - 16:12
4-cü duel

Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq “Neftçi” Azərbaycan təmsilçilərinin qonşu ölkə komandaları ilə 4-cü duelinin iştirakçısı olacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə indiyədək 3 belə cütlük olub.

 

Bunların ikisində mərhələni Gürcüstan klubu adlayıb. Lakin sonuncu, “Neftçi”nin iştirak etdiyi yeganə duel təmsilçimizin xeyrinə başa çatıb. Özü də bakılılar gürcüstanlılara uduzmayıb.

 

“Ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev isə son iki dueldə iş başında olub. Onun yetirmələri Bakıda qol buraxmadan qalib gəlib.

 

2004/05

UEFA kuboku

I təsnifat mərhələsi

“Tbilisi” – “Şəmkir” – 1:0, 4:1

2006/07

Çempionlar Liqası

I təsnifat mərhələsi

“Sioni” – “Bakı” – 2:0, 0:1

2012/13

Çempionlar Liqası

II təsnifat mərhələsi

“Neftçi” – “Zestafoni” – 3:0, 2:2

 

0