[b]Droqba “Çelsi”yə qayıtdı – RƏSMİ[/b]
25.07.2014 - 21:14
[b]Droqba “Çelsi”yə qayıtdı – RƏSMİ[/b]

 

“Qalatasaray” ilə müqaviləsi başa çatan Didye Droqba “Çelsi”yə qayıdıb. Apasport.az saytının məlumatına görə, London klubunun rəsmi səhifəsində futbolçu ilə 1 illik müqavilə imzalandığı qeyd olunub. Hələlik transferim maliyyə tərəfləri açıqlanmır.

 

Xatırladaq ki, 2012-2013-cü illər mövsümünün qış transferi zamanı “Qalatasaray”a keçən futbolçu bu mövsüm bitəndən sonra sərbəst qalıb. “Çelsi” klubunun azarkeşləri tərəfindən komandanın tarixində ən yaxşı oyunçu olaraq göstərilən Droqba keçmiş komandasına geri dönmək qərarına gəlib.

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo da futbolçunun geri dönməsini istəyirdi.

 

 

0