3-cü liqa klubundan Luis Suares “transferi”
25.07.2014 - 22:19
3-cü liqa klubundan Luis Suares “transferi”

 

Braziliya çempionatının 3-cü liqasında oynayan “Guaratingueta” klubu Uruqvay millisinin futbolçusu Luis Suareslə bağlı gözlənilməz xəbər yayıb. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytında Suaresin transfer edildiyi iddia edilib.

 

Braziliya klubu rəsmi saytında dünya çempionatındakı oyunundan və qalmaqaldan sonra “Liverpul”dan “Barselona”ya keçən Suaresin transferini başa vurduqlarını açıqlayıb. Klub artıq müqavilənin imzalandığını və hətta futbolçunun ən qısa zamanda azarkeşlər önünə çıxacağını bildirib.

 

Az sonra klubun prezidenti Pedro Panzeli saytdakı xəbərin yanlışlıq olduğunu bildirib. Panzeli azarkeşlərdən üzr istəyib.

 

 

0