AZAL “Antalyaspor”a qalib gəldi
26.07.2014 - 09:17
AZAL “Antalyaspor”a qalib gəldi

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi Boluda məskunlaşdığı “Koru Otel”inin meydançasında son mövsümü Türkiyə Super Liqasında keçirmiş “Antalyaspor” ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi və qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL rəqibini üstələyib. Bütün qollar penaltidən reallaşıb. Komandamızda Təmkin Xəlilzadə dubl edib: o 18 və 85-ci dəqiqələrdə “nöqtə”dən dəqiq zərbə vurub. Rəqibin heyətində isə 55-ci dəqiqədə Zəki fərqlənib.

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov, Eltun Yaqublu (Novruz Məmmədov, 86), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov, Asif Mirili, Luis Ramos, Təmkin Xəlilzadə, Tomi Kostadinov (Viktor İbekoyi, 63), Eduardo Konseysao Masiel, Freddi Mombonqo (Con Enrike Kordoba, 72).

 

AZAL - “Antalyaspor” – 2:1

Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci qələbəsini qazanıb. “Təyyarəçilər” buna qədər əvvəlcə İran U-21 ilə heç-heçə (2:2) oynamış, sonra “Mersin İdman Yurdu”na qalib gəlmiş (2:1) və ardından isə “Balıkesirspor”a yenilmişdi (1:2).

 

Qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 27-də Gürcüstan I divizionunun əsas kollektivlərindən olan “Kolxeti”yə qarşı keçirəcək.

0