Məşhur futbolçu vida matçı ilə karyerasını başa vurdu
27.07.2014 - 10:18
Məşhur futbolçu vida matçı ilə karyerasını başa vurdu

 

Braziliya əsilli məşhur portuqaliyalı futbolçu Deko karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, futbola vidalaşan Deko üçün vida matçı da keçirilib.

 

Portuqaliyanın “Estadio do Dragao” stadionunda keçirilən vida matçında “Barselona” və “Porto” klubları üz-üzə gəlib. Qeyd edək ki, Deko 2004-cü ildə “Porto”da oynayarkən parlayıb. Futbolçu karyerasının ən önəmli illərini isə “Barselona”da keçirib.

 

Matçda “Barselona”nın 2006-cı ildəki heyəti ilə “Porto”nun 2004-cü ildəki heyəti oynayıb. “Barsa”nın həmin heyətindən Messi, EtoO, Ronaldinyo və Davids kimi futbolçular meydana çıxıb.

 

Deko bir hissəni “Porto”nun, digər hissəni isə “Barselona”nın heyətində keçirib. Oyun 4:4 hesabı ilə başa çatıb.

 

 

0