Millimiz 7-ci oldu
28.07.2014 - 10:10
Millimiz 7-ci oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə 4-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Berlin şəhərinin yığması ilə qarşılaşan futbolçularımız heç-heçə ilə kifayətlənib.

 

Matçın 1:1 hesabı ilə başa çatmasından sonra yığmamız xal hesabını 7-yə çatdırıb. Bunadək Meklenburq-Vorpommern və Bremen təmsilçilərini eyni – 2:1 hesabı ilə udan komandamız Baden regional yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

 

Bununla da 22 komandanın qatıldığı və 4 turdan ibarət olan yarışda millimiz 7-ci olub. Hərçənd son turda qalib gələcəyi halda yığmamız 22-ci olacaqdı. Yarışın qalibi adını isə 4 qələbə qazanan essen yığması qazanıb.

 

0