Kapello günahkarları tapdı: Rusiya millisinin oyunçuları və qapıçısı
28.07.2014 - 23:51
Kapello günahkarları tapdı: Rusiya millisinin oyunçuları və qapıçısı

Rusiya millisinin baş məşqçisi Fabio Kapello yığmanın uğursuzluqlarının əsas səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kapellonun klub məşqçiləri ilə görüşdəki sözlərini mətbuata “Amkar” klubunun baş məşqçisi Slavolyub Muslin çatdırıb.

 

Onun sözlərinə görə, Kapello hazırlığın necə getdiyi və hansı problemlərin olduğunu bardə danışıb: “O işlə və hazırlıqla razı qalıb. Dedi ki, qapıçının səhvi və öz imkanlarından istifadə edə bilməyən hücumçular hər şeyin üstündən xətt çəkib. Daha bir problem kimi gənc rusiyalı futbolçuların olmamasını göstərib. Kapello bildirdi ki, bundan sonra gənc futbolçuları, yeni nəsli yetişdirmək lazımdır. Bunlarsız Rusiya futbolunun gələcəyi yoxdur”.

 

 

0