Uğursuz Balay Bakıya gəlir
29.07.2014 - 11:17
Uğursuz Balay Bakıya gəlir

Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) matçının baş hakimi Kristian Balay Azərbaycan komandaları üçün uğursuz hakimdir. Apasport.az saytının məlumatına görə, 43 yaşlı rumıniyalı referinin idarə etdiyi matçlarda təmsilçilərimiz darmadağın olur.

 

2005-ci il martın 25-də U-21 yığmamız Polşada 0:3 hesabı ilə uduzanda Balay millimizi penalti ilə də cəzalandırmışdı. 2010-cu il avqustun 19-da isə rumıniyalı “Qarabağ”ın darmadağınına şahid oldu. Səfərdə Dortmund “Borussiya”sından 4 cavabsız qol buraxan ağdamlılara Balayın idarəçiliyi düşərli olmadı.

 

Rumıniya çempionatında 2000-ci ildə debüt edən Balay 2003-cü ildən FİFA hakimidir. Ədalət təmsilçisi 2010/11 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyun idarə edib. “Milan” - “Oser” və “Barselona” – “Kopenhagen” görüşlərində fiit çalan Balay növbəti 3 mövsümdə Avropa Liqasının qrup matçlarında söz sahibi olub.

 

 

0