Ağayevin durumuna aydınlıq gəldi
30.07.2014 - 08:02
Ağayevin durumuna aydınlıq gəldi

Azərbaycan millisinin və “Qəbələ”nin qapıçısı Kamran Ağayevin nə zaman yaşıl meydanlara dönəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya toplanışı zamanı zədələnən qolkiperin müayinəsinin nəticələri məlum olub.

 

Bakıya döndükdən sonra müayinədən keçən Ağayevin əməliyyata ehtiyacının olmadığı dəqiqləşib. Futbolçu bir həftəlik müalicədən sonra məşqlərə başlayacaq.

0