[b]Oğuz Çətin: Mütləq yeni qapıçı gəlməlidir[/b]
30.07.2014 - 13:29
[b]Oğuz Çətin: Mütləq yeni qapıçı gəlməlidir[/b]

“Xəzər Lənkəran”a mütləq yeni qapıçı gəlməlidir. Çempionata qədər bu məsələni həll etməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Sloveniya toplanışını başa vurub Azərbaycana qayıdan “ağ-yaşıllar”ın türkiyəli çalışdırıcısı komandaya gələcək yeni qolkiper legioner olacağını bildirib: “Ölkə xaricində toplanışda olduğumuza görə, rəhbərliklə görüşə bilmədik. Amma bir neçə namizəd var idi. Onların keçidi baş tutmadı. Çünki şərtlərdə razılığa gələ bilmədik. Artıq təlim-məşq toplanışımız başa çatdı və biz Bakıya dönmüşük. Rəhbərliklə görüşəcəyəm və ilk söhbətimiz elə qapıçı haqqında olacaq. Bu məsələ haqqında danışıb namizədlər arasından birini seçməliyik”.

0