“Xəzər Lənkəran” üçün makedoniyalı qapıçı - FOTO
30.07.2014 - 14:21
“Xəzər Lənkəran” üçün makedoniyalı qapıçı - FOTO

Makedoniya millisinin qapıçısı Darko Tofiloski karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı qapıçının “Xəzər Lənkəran”a keçmək ehtimalı yaranıb.

Belə ki, makedoniyalı ciddi qapıçı problemi olan cənublulara təklif olunub. “Xəzər Lənkəran” rəhbərliyi isə onun keçidi ilə bağlı götür-qoy edir.

Makedoniyanın “Pobeda” klubunun yetirməsi olan Darko 2005-08-ci illərdə bu komandanın əsas heyətində çıxış edib. Son 6 ildə isə qapıçı legioner həyatı yaşayıb.

Əvvəl Avstriyaya yollanan qolkiper 2 il “Şaafhauzen”in şərəfini qoruyub. 2010-cu ildə Slovakiyaya üz tutan Tofiloski burada 4 ildə 100-dən çox matç keçirib.

Klubdakı sabit çıxışın nəticəsidir ki, Darko ötən il Makedoniyanın əsas yığmasına da dəvət alıb. Vaxtilə ölkəsinin U-21, U-19, U-17 yığmasının əsas əlcək sahibi olan qapıçı 6 ildən sonra milliyə dönüb. Bu dəfə əsas komandaya çağırılan qolkiper millidə 2013-cü ildə debüt edib.

0