[b]Şenol Günəş “Neftçi”ni izləməyə gəlir[/b]
30.07.2014 - 16:58
[b]Şenol Günəş “Neftçi”ni izləməyə gəlir[/b]

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Çixura” matçını tanınmış sima da izləyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun sahibinin Gürcüstan təmsilçisi ilə ilk qarşılaşmasını izləyənlər arasında türkiyəli mütəxəssis Şenol Günəş də olacaq.

 

Hazırda “Bursaspor” klubunu çalışdıran məşqçi komandasını mübarizədən kənarlaşdıran “Çixura”nı Azərbaycan klubu ilə oyunda da görməyi lazım bilib. O, komandası ilə birgə çıxa bilmədiyi “BakCELL Arena”ya heç olmasa azarkeş kimi təşrif buyuracaq.

 

Qeyd edək ki, matç sabah saat 20:00-da başlayacaq.

0