“Çalışacağıq ki, cütün taleyini ilk oyunda həll edək”
30.07.2014 - 17:34
“Çalışacağıq ki, cütün taleyini ilk oyunda həll edək”

“İki dəfə “Çixura”ya qarşı oynamışıq. Bir oyunda uduzduq, birində heç-heçə oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Samir Məsimov deyib.

 

Gənc futbolçu Avropa Liqasının III təsnifat mərhələsinin Gürcüstan “Çixura”sı ilə sabahkı oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edib. Məsimov qarşılaşma haqda fikirlərini açıqlayıb: “Rəqib haqqında onu deyə bilərəm ki start fitindən sonra qədər mübarizə aparan komandadır. Biz isə çalışacağıq ki, evdə qələbə qazanaq. Həm də qol buraxmayaq və cütün taleyini ilk oyunda həll edək”.

 

0