“Napoli” Ronaldinyo ilə maraqlanır
31.07.2014 - 05:10
“Napoli” Ronaldinyo ilə maraqlanır

 

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis braziliyalı Ronaldoya müqavilə təklif edə bilər. Apasport.azsaytının məlumatına görə, 34 yaşlı futbolçu bu həftə “Atletiko Mineyro” ilə müqaviləsini pozub.

 

2005-ci ildə “Qızıl Top”u alan Ronaldinyo ilə İngiltərə, Yaxın Şərq və Avstraliya klubları maraqlanır. Amma “Napoli” bu klublarla mübarizəyə hazırdır. Artıq İtaliya klubunun nümayəndələri Ronaldinyonun agenti ilə əlaqə saxlayaraq mümkün transferi müzakirə etməyə başlayıblar.

 

Ronaldinyonun A seriyasında çıxış təcrübəsi var. O, 2008-2010-cu illərdə “Milan”ın formasını geyib. Futbolçu 95 oyunda 26 qol vurub və 31 məhsuldar ötürmə edib.

 

 

0