[b]Rəşad Sadıqov 100-ü yarılayıb, adaşına çatdı[/b]
31.07.2014 - 13:13
[b]Rəşad Sadıqov 100-ü yarılayıb, adaşına çatdı[/b]

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov avrokuboklarda 50-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 32 yaşlı müdafiəçisi buna nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.

 

Sadıqov bu matçların 45-ni Azərbaycan, 5-ni Türkiyə klubları ilə keçirib. “50”yə 3 klubda çatan müdafiəçi “Qarabağ”da 27, “Neftçi”də 18, “Kayserispor”da 5 avrokubok görüşünə çıxıb. Arxa xətt oyunçusu Çempionlar Liqasında 9, əvvəl UEFA kuboku adlanan Avropa Liqasında 31, İntertoto kubokunda 10 matda iştirak edib.

 

Yubiley matçını Çempionlar Liqasının III təsnifat mərhələsinin Avstriya “Zalsburq”u ilə ilk oyununda keçirən futbolçu həm də Rəşad Sadiqovun rekordunu təkrarlayıb. Belə ki, adaşlar Azərbaycan klubları ilə ən çox avrokubok matçı keçirən oyunçulardır – hərəyə 45 oyun. Sadiqov da 45 oyunu iki klubumuz – “Neftçi” və “Qarabağ”ın heyətində keçirib. Yarımmüdafiəçi paytaxt təmsilçisində 26, əyalət klubu ilə 19 belə qarşılaşmada iştirak edib. 

0