Suares məhkəməyə çağırıldı
01.08.2014 - 01:43
Suares məhkəməyə çağırıldı

 

Lozannadakı İdman Arbitraj Məhkəməsi “Barselona”nın və Uruqvay millisinin hücumçusu Luis Suaresi məhkəməyə çağırıb. Apasport.az saytının məlumatına görə, futbolçunun işi ilə bağlı dinləmə avqustun 8-də baş tutmalıdır.

 

Qeyd edək ki, məhz həmin gün “Barselona”nın apelyasiyasına baxılacaq. Kataloniya klubu hücumçunun diskvalifikasiya müddətinin azaldılacağına ümid edir.

 

Xatırladaq ki, Suares dünya çempionatı zamanı İtaliya millisinin müdafiəçisini dişləyib. FİFA isə futbolçunu 4 ay müddətinə futboldan uzaqlaşdırıb.

 

 

0