Avropa çempionatının tarixi dəqiqləşdi
06.08.2014 - 10:22
Avropa çempionatının tarixi dəqiqləşdi

2015-ci ildə İsraildə şahmatçılar arasında keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşib. Apasport.az-ın “chess-news.ru”ya istinadən məlumatına görə, Qüds şəhərində təşkil olunacaq yarış fevralın 23-də start götürəcək.

 

Azərbaycan millisinin də qatılacağı Avropa çempionatının qalibləri isə martın 7-də bilinəcək.

 

Qeyd edək ki, hələlik yarışın mükafat fondu açıqlanmayıb.

0