[b]Mahir Şükürov “yenilər”i bəyənmədi: Bizimkilər daha yaxşıdı[/b]
20.08.2014 - 23:17
[b]Mahir Şükürov “yenilər”i bəyənmədi: Bizimkilər daha yaxşıdı[/b]

“Havanın isti olması bizə çətinlik yaratdı. Bununla belə, bu cür oyunlar bizə lazımdı”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.

 

Yoldaşlıq oyunu çərçivəsində Özbəkistanla qarşılaşan millimiz rəqibin müqavimətini qırmağı bacarmadı. Qolsuz heç-heçə ilə başa çatan dueldən sonra Şükürov havanın isti olmasının oyuna mənfi təsir göstərdiyini qeyd edib: “Düzdür, yüksək səviyyəli oyun olmadı, temp elə də yüksək deyildi. Ancaq baş məşqçi də rəsmi oyunlara qədər seçimini etməli, heyəti müəyyənləşdirməlidi. Öz meydanınımızda oynadığımıza görə, qələbə qazanmalı idik”.

 

Müdafiəçi heyətdə yeni simaların yer almasının da nəticəyə təsir etdiyini vurğulayıb: “Heyətdə yeni futbolçular var idi. Buna baxmayaraq, şanslarımız oldu, amma vura bilmədik”.

 

Futbolçu azarkeşlərin bu cür oyunlardan sonra bədbinliyə qapılmasına da toxunub. O, rəsmi oyunlarda fərqli ,çıxış edəcəklərini deyib: “Rəsmi oyunların ab-havası fərqlidi. Tam heyət yığıldıqdan sonra başqa cür çıxış edəcəyik. Rusiya ilə qarşlaşma da bundan fərqlənəcək. Ən azı hava şəraiti oynamağa imkan verəcək”.

 

Şükürov yeni futbolçularla bağlı fikirlərini də bölüşüb: “Öz oyunçularımız hamısından yaxşıdır”.

 

0