Akif İsmayılov: “Atatürk Olimpiya” stadionunda da problem var
21.08.2014 - 12:19
Akif İsmayılov: “Atatürk Olimpiya” stadionunda da problem var

“Qurban Qurbanovun mərkəzi arenanın ot örtüyü ilə bağlı narazılığından xəbərim yoxdu. Dünən onunla görüşəndə mənə heç nə demədi”. Bunu apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən “Tvente” ilə Avroliqanın pley-off oyunu öncəsi keçirilən mətbuat konfransında stadionun ot örtüyündən narazı olduğunu açıqlayıb. İsmayılov isə bildirib ki, Qurbanovun sözlərində müəyyən mənada həqiqət var: “Amma bu elə də böyük problem deyil. Heç “Tvente” də dünən stadionumuzda məşq edərkən qazondan narazı olduğunu bizə bildirmədi. Qazonun 3-4 yerində problem var. Bu da bizdən asılı olan məsələ deyil. Havaların isti keçməsi qazonu pis hala salır. “Beşiktaş” “Arsenal”la oynayanda da “Atatürk Olimpiya” stadionunun qazonunda belə problem var idi. Problemli yerlərə 2-3 kq toxum səpmişik. Oyun vaxtına kimi vəziyyət düzələcək”.

 

Qeyd edək ki, “Qarabağ” – “Tvente” matçı saat 21:00-da başlayacaq.

 

Səbuhi TOFİQOĞLU

0