Liderlər “İnter Arena”da, çempionun Naxçıvan sınağı
22.08.2014 - 10:17
Liderlər “İnter Arena”da, çempionun Naxçıvan sınağı

Sabah Topaz Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, əvvəlki iki tur un hərəsi 2 gün davam etmişdisə, bu dəfə 5 oyun 3 gün ərzində baş tutacaq. Buna klublarımızın Avropa Liqasının pley-off mərhələsindəki çıxışı səbəb olub. “Neftçi” və “Qarabağ” planlaşdırıldığından bir gün gec oynayacaq.

 

Turun ilk günündə ötən mövsümün iddialıları “Bakı” və “Qəbələ” görüşəcək. Uğursuzluq zolağından ötən tur çıxan əyalət təmsilçisi çempionata son anda qatılan paytaxt təmsilçisi ilə görüşün favoriti sayılır. Buna meydan sahiblərinin heyətinin tam komplektləşməməsi və problemlərini sonadək həll etməməsidir.

 

İlk turda “Neftçi”ni 3 cavabsız qolla məğlub edən “Araz-Naxçıvan” bu dəfə daha bir iddialı “Qarabağ”ı sınağa çəkəcək. Ağdamlıların da avrokuboklarda görə bu səfər matçını qurban verməsi istisna deyil. “Tvente” ilə Hollandiyadakı görüş öncəsi bəzi aparıcı futbolçulara istirahət verilsə, bu 2-ci ev oyununu keçirən naxçıvanlıların xeyrinə olacaq. Lakin 2 oyunda 1 xal toplayan son çempion üçün növbəti itki məqbul sayıla bilməz.

 

Çempionata fərqli başlayan iki əyalət klubu isə Zaqatalada üz-üzə gələcək. Ardıcıl ikinci ev oyununa çıxacaq “Simurq” mövsümə yaxşı başlamayan “Xəzər Lənkəran”ı büdrətməyə çalışacaq. Əsas qapıçısı Orxan Sadıqlı cəzalı olduğu üçün qonaqların işi heç də asan olmayacaq.

 

Turnir cədvəlinə əsasən turun mərkəzi oyunu “İnter Arena”da keçiriləcək. İki güclü rəqiblə oyunlarda xal itirməyən “Sumqayıt” liderliyini qorumaq üçün ən yaxın izləyicisinə də uduzmamalıdır. Tarixində “İnter”ə qol vurmayan sumqayıtlılar görüşün favoritindən 1 xal alsa, növbəti sensasiyaya səbəb ola bilər.

 

Tura gələn həftə baş tutacaq paytaxt derbisi ilə yekun vurulacaq. 20 oyundur qələbə qazana bilməyən AZAL “Neftçi”ni qonaq edəcək. Avropa Liqasının cavab oyununu düşünən “ağ-qaralar” çempionatda mövqeyini yaxşılaşdırmaq üçün qələbə qazanmalıdır.

 

Topaz Premyer Liqası

III tur

23 avqust (şənbə)

 

18:00. “Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

24 avqust (bazar)

 

18:00. “Araz Naxçıvan” – “Qarabağ”
Naxçıvan Muxtar Respublika stadionu

 

19:00. “Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu

 

21:00. “İnter” – “Sumqayıt”
“İnter Arena” stadionu

 

25 avqust (bazar ertəsi)

 

19:00. AZAL – “Neftçi”
“AZAL Arena” stadionu

 

 

1

  Sumqayıt

2

2

0

0

4-0

6

2

  İnter

2

1

1

0

4-0

4

3

  Araz Naxçıvan

2

1

0

1

3-1

3

4

  Simurq

1

1

0

0

2-0

3

5

  Neftçi

2

1

0

1

1-3

3

6

  Qəbələ

2

1

0

1

1-4

3

7

  Xəzər Lənkəran

2

0

1

1

1-2

1

8

  AZAL

2

0

1

1

1-3

1

9

  Qarabağ

2

0

1

1

0-3

1

10

  Bakı

1

0

0

0

0-1

0

 

Bombardirlər: Janalidze (Araz), Alvaro (İnter)- 2

0