Petar Qrbiç: Bakıda oynamaq daha asan olacaq
22.08.2014 - 13:03
Petar Qrbiç: Bakıda oynamaq daha asan olacaq

“Xoşbəxtəm. Fəxr edirəm ki, hesabda geri olsaq da, qələbə qazandıq. Matçın əvvəllərində 2 top buraxdığımızdan, bizə qarşı çoxlu təzyiq var idi”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın yarımmüdafiəçisi Petar Qrbiç deyib.

 

“Neftçi” ilə Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən görüşün (3:2) start heyətində meydana çıxan Qrbiç oyun haqqında bildirib: “Komanda yoldaşlarım dahi döyüşçülərdi. Biz Avroliqaya düşmək üçün yaxşı imkan əldə etmişik. Oyunda bir neçə qol vurmaq üçün şanslarımız da vardı. Ancaq təəssüf ki, inamlı qələbə qazana bilmədik. Əminəm ki, ilk görüşdə qalib gəldiyimizdən, Bakıda oynamaq daha asan olacaq”.

 

Qeyd edək ki, Qrbiç 32-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb.

 

0