"Xəzər Lənkəran" qapıçı problemini həll etdi
22.08.2014 - 14:25
"Xəzər Lənkəran" qapıçı problemini həll etdi

Xəzər Lənkəran" daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi heyətini təcrübəli qapıçı Cahangir Həsənzadə ilə gücləndirib.

 

Son 5 mövsümü AZAL-ın heyətində keçirən qolkiper “Xəzər Lənkəran”a azad oyunçu statusu ilə qoşulub.

 

Həsənzadə ilə klub arasında 1 il müddətinə müqavilə imzalanıb.

 

35 yaşlı qapıçı 1998-2007-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub. Ölkəmizin əsas yığmasında 34 oyunda 48 top buraxan qolkiper karyerası ərzində legioner həyatı da yaşayıb. O, 2003-cü ildə Ukraynanın “Volın” və “Tavriya” klublarında çıxış edib.

 

Azərbaycanda isə peşəkar karyerasına MOİK-də start verən Cahangir “Fərid”, “Şəfa”, “Bakılı”, “Neftçi”, “Qarabağ”, “İnter” və “Qəbələ” klublarının da formasını geyib. Qapıçı 2004/05 mövsümündə “Neftçi”, 3 il sonra isə “İnter”lə ölkə çempionu titulunu qazanıb.

0