Superkubokun taleyinə aydınlıq gəldi
23.08.2014 - 09:18
Superkubokun taleyinə aydınlıq gəldi

İspaniya Superkubokunun sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçiləri “Atletiko” və “Real” arasında cavab qarşılaşmasında mükafatın qalibinin adı bəlli olub.

 

İlk oyunda 1:1 hesablı bərabərliklə kifayətlənən paytaxt təmsilçilərinin bu dəfəki görüşündə cəmi 1 qol vurulub. Matçın 2-ci dəqiqəsində fərqlənən Mario Mancukiç mövsümün ilk titulunu “Atletiko”ya qazandırıb.

 

İlk dəfə 1985-ci ildə bu titulu qazanan madridlilər tarixində 2-ci dəfə Superkuboku əldə edib. Bu həm də İspaniya çempionunun 2014-cü ildəki ikinci tituludur.

0