“Bakı” yenə uduzdu
23.08.2014 - 19:42
“Bakı” yenə uduzdu

Bu gün Topaz Premyer Liqasında III tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə bir görüş baş tutub.

 

Hesabat turu “Bakı” – “Qəbələ” oyunu ilə start götürüb. Paytaxt klubu yeni mövsümdə ilk xal və qələbəsini, bölgə təmsilçisi isə növbəti 3 xalını qazanmağı hədəfləmişdi. Uzun müddət qolun vurulmadığı oyunda hesab 78-ci dəqiqədə açılıb. Son saniyələrdə daha bir qol vuran qonaqlar 3 xala sevinən tərəf olublar.

 

Qeyd edək ki, bu turun iki oyunu təxirə salınıb. Belə ki, "Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” görüşləri baş tutmayacaq. Buna səbəb çempionatımızın daimi iştirakçısı olan iki köklü klubumuzun Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri ilə cavab oyunlarına daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmaq istəməsidi. Məhz bunu nəzərə alan Peşəkar Futbol Liqası "Qarabağ"la "Neftçi"yə güzəştə gedib.

 

Topaz Premyer Liqası

III tur

23 avqust

 

“Bakı” – “Qəbələ” - 0:2 
Qollar: V.Mendi, 78; R.Abışov, 90.

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov.

"Bakı"nın təlim-məşq bazasının stadionu.

 

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 10. Nurlan Novruzov, 18. Əziz Quliyev, 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç, 37. Mikayıl Rəhimov.

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 17. Elmin Əsgərli, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.

Baş məşqçi: İbrahim Uzunca.

Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal, 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkas, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 9. Viktor Mendi, 11. Andrey Kristya, 16. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.

Baş məşqçi: Dorinel Muntyanu.

 

Turun digər iki oyunu sabah keçiriləcək: 19:00. Simurq - Xəzər Lənkəran, 21:00. İnter - Sumqayıt.

 

0