Falkao 48 saat ərzində “Yuventus”a keçə bilər
26.08.2014 - 22:48
Falkao 48 saat ərzində “Yuventus”a keçə bilər

“Yeventus” klubu “Monako”nun hücumçusu Radamel Falkaonu sıralarına qatmaq niyyətindən əl çəkməyib. Apasport.az saytının məlumatına görə, futbolçunun agenti Jorje Mendeş yaxın 48 saat ərzində “Monako”nun prezidenti ilə görüşərək hücumçunun Turin klubuna keçidini müzakirə edəcək.

 

Mendeş “Mançester Yunayted” Anxel di Mariyanı aldığını elan edəndən dərhal sonra danışıqlar üçün Monte-Karloya uçacaq. Məsələ ondadır ki, Mendeş eyni zamanda di Mariyanın da agentidir və bu işi yarımçıq qoya bilmir.

 

“Yuventus” Falkaonu 1 illik icarəyə götürmək və sonradan almaq hüququnu əldə etmək istəyir. Bunun üçün kluba 20 milyon avro tələb olunur. Çünki Falkaonun illik məvacibi 12 milyon avrodur. Daha 8 milyon isə “Monako”ya ödənilməlidir.

 

 

0