Millimizin rəqibi: Yığma üçün əlimdən gələni edəcəm
27.08.2014 - 11:42
Millimizin rəqibi: Yığma üçün əlimdən gələni edəcəm

“Azərbaycan millisi ilə qarşılaşmaya çağırılmağıma təəccübləndim. Baş məşqçimizin Çinin ikinci dəstəsini də diqqətində saxladığını bilmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Georgi İliyev deyib.

 

Karyerasını Çinin aşağı dəstə təmsilçisi “Şedzyajuan”da davam etdirən 33 yaşlı yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycanla oyununa çağırılıb. 11 ildir millidə çıxış edən futbolçu milliyə çağırılmağına münasibət bildirib: “Görünür ki, durumumla bağlı məlumatı var. Hazırda özümü əla hiss edirəm və yığma üçün əlimdən gələni etməyə hazıram. Həmişə millidə özümü xoşbəxt hiss etmişəm. Şadam ki, növbəti dəfə komandamıza çağırılmışam. Çalışacam ki, yığmaya hədəfinə çatmasında kömək edim. AVRO-2016-nın seçmə mərhələsində uğur qazanıb Fransadakı həlledici turnirə vəsiqə qazanmağımız özümüzdən asılıdır. Necə oynasaq, elə də nəticə qazanacağıq. Son iki ildə baş verənlər göstərir ki, millimiz güzgün yoldadır.  Biz də diqqətçəkən nəticə əldə edə bilərik”.

0