Eto’O da “əlvida” dedi
28.08.2014 - 03:33
Eto’O da “əlvida” dedi

 

Kamerun millisinin futbolçusu Samuel Eto’O millidəki karyerasına son qoyub. Apasport.az saytının məlumatına görə, hücumçu bütün diqqətini kleb karyerasına yönəltmək niyyətindədir.

 

Eto’O bir gün əvvəl millidəki kapitan sarğısından məhrum edilib. O, dərhal bu qərara reaksiya verərək, sosial şəbəkədəki səhifəsində millidən getdiyini açıqlayıb: “Məlumat vermək istəyirəm ki, beynəlxalq karyeramı başa çatdırıram... Bütün Afrikaya və mənim fanatlarıma dəstəyə görə təşəkkür edirəm”.

 

 

0