“Qarabağ” Avropa Liqasının qrup mərhələsində! - YENİLƏNİB
28.08.2014 - 23:19
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində! - YENİLƏNİB

Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu bu gün gerçəkləşdirdi. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adladı.

 

Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olub. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarıxındə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.

 

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust

"Tvente" (Hollandiya) - "Qarabağ" - 1:1

 

Qollar: Kastaynos, 38 - Muarem Muarem, 51

Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)

Enshede. “Tvente” stadionu

İlk oyun – 0:0

Tvente: 1. Nik Marsman, 2. Kuko Martina, 3. Andreas Byelland (k), 4. Darril Laxman, 5. Robbert Şilder, 8. Kayl Ebesilio, 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar, 10. Hakim Ziyex 30. Luk Kastaynos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stevens, 15. Diko Koppers, 16. Tim Brukers, 17. Rasmus Benqtsson, 19. Şadrax Eqan, 25. Bilal Ould Şix.
Baş məşqçi: Alfred Şreyder.
 
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 24. Admir Teli, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.

 

 

0