[b]Çempionlar Liqasının qrupları bəlli oldu - YENİLƏNİB[/b]
28.08.2014 - 20:55
[b]Çempionlar Liqasının qrupları bəlli oldu - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimim keçirilib. Apasport.az saytının məlumatına görə, bütün Avropanın diqqət mərkəzində olacaq tədbir Monakoda baş tutub.

 

Bakı vaxtı ilə saat 20:45-də başlayan tədbirdə qitənin 32 ən güclü komandasının rəqibləri bəlli olub. Bu 32 komandadan 22-si birbaşa qrup mərhələsinə yüksəlibsə, 10-u təsnifat oyunlarından keçməli olub. Qardaş Türkiyəni təmsil edən "Qalatasaray" "D" qrupunda "Arsenal", "Borussiya" və "Anderlext"lə yarışacaq.

 

Püşkatma nəticəsində klublar aşağıdakı qruplara bölünüblər:
 
A qrupu: Atletiko (İspaniya), Yuventus (İtaliya), Olimpiakos (Yunanıstan), Malmö (İsveç).
 
B qrupu: Real (İspaniya), Bazel (İsveçrə), Liverpul (İngiltərə), Ludoqorets (Bolqarıstan).

C qrupu: Benfika (Portuqaliya), Zenit (Rusiya), Bayer (Almaniya), Monako (Fransa).
 
D qrupu: Arsenal (İngiltərə), Borussiya (Dortmund, Almaniya), Qalatasaray (Türkiyə), Anderlext (Belçika).
 
E qrupu: Bavariya (Almaniya), Mançester Siti (İngiltərə), ÇSKA (Moskva, Rusiya), Roma (İtaliya).
 
F qrupu: Barselona (İspaniya), PSJ (Fransa), Ayaks (Hollandiya), APOEL (Kipr).
 
G qrupu: Çelsi (İngiltərə), Şalke (Almaniya), Sportinq (Portuqaliya), Maribor (Sloveniya).
 
H qrupu: Porto (Portuqaliya), Şaxtyor (Ukrayna), Atletik (İspaniya), BATE (Belarus).

 

0