Alfred Şreyder: “Qarabağ” bizdən daha güclü idi
29.08.2014 - 00:37
Alfred Şreyder: “Qarabağ” bizdən daha güclü idi

 

“Tvente”nin baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlubiyyətlərini şərh edib. Apasport.az saytının “Tvente”nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi nəticədən çox məyyus olduğunu dilə gətirib.

 

Şreyder birinci hissədə çox yaxşı oynadıqlarını bildirib: “Hesab 1:0 idi. Amma 2:1, 3:1 də ola bilərdi. İkinci hissənin əvvəlində də ciddi heç nə baş vermirdi. 1:1 hesabından sonra hər şey dəyişdi. Biz o qədər də çox vəziyyət yaratmadıq. “Qarabağ” çox gözəl komandadır. Qol onlara qüvvə verdi. Onlar fiziki cəhətdən bizdən yaxşı komandadırlar. Biz adət etdiyimizdən fərqli oyun gördük. Avropadakı oyunlar böyük məktəbdir. Çox təəssüf ki, qrup mərhələsinə keçə bilmədik”.

 

 

0