Van Bastenin ürəyində problem yaranıb
29.08.2014 - 05:00
Van Bastenin ürəyində problem yaranıb

Hollandiyanın “AZ” klubunun baş məşqçisi, zamanının məşhur futbolçularından olan Marko van Basten postunu tərk edib. Apasport.az saytının məlumatına görə, buna onun səhhətinin pisləşməsi səbəb olub.

 

Hollandiyalı mütəxəssisin ürəyində problem aşkarlanıb. Bu problem onun atasının ölümündən sonra daha da kəskinləşib. 49 yaşlı van Bastenin olmadığı müddətdə komandaya        köməkçiləri Dennis Haar və Aleks Pastor rəhbərlik edəcəklər.

 

Van Basten “AZ” klubuna bu ilin mayından rəhbərlik edir. O, həmin postda Dik Advokatı əvəz edib.

 

 

0