“Yuventus” Pirlonu itirdi
29.08.2014 - 06:06
“Yuventus” Pirlonu itirdi

 

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo əzələ zədəsi səbəbindən mövsümün startını buraxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Turin klubunun rəsmi saytında bildirilir.

 

İtaliya millisinin 35 yaşlı havbekinin dizaltı əzələsinin funksiyasının zədəsi müəyyən edilib.

 

Qeyd edək ki, A Seriyasında yeni mövsüm avqustun 30-da başlayır. “Yuve” ilk oyununu səfərdə oynayacaq.

0