[b]“Qarabağ” hesabı bərabərləşdirdikdən sonra çox bərbad oynadıq”[/b]
29.08.2014 - 10:59
[b]“Qarabağ” hesabı bərabərləşdirdikdən sonra çox bərbad oynadıq”[/b]

“Qarşılaşmadan sonrakı təəssüratlarımızı izah etmək çox çətindir”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiyanın “Tvente” klubunun futbolçusu Luk Kastaynos deyib.

 

Təcrübəli hücumçu Avropa Liqasının pley-off mərhələsinin  “Qarabağ”la cavab matçını şərh edib. Kastaynos 1:1 hesabı ilə bitən görüşdə bərbad oynadıqlarını etiraf edib: “Üstünlüyümüzü qoruya bilmədik. Bu da çox üzücüdür. Hesab 1:0 olarkən ikinci qolu vurmaq istəyirdik. Amma nəinki bunu bacardıq, heç hesabı da qoruya bilmədik. Hesab 1:1 olduqdan sonra çox bərbad oynadıq. Artıq topla da yaxşı rəftar edə bilmədik”.

 

Komandasının yeganə qolunun müəllifi bəxtdən də şikayətlənib: “Bəxt də sanki bizdən üz döndərmişdi. Bir dəfə mən, bir dəfə də Hakim Ziyeh dirəyə “düşdü””.

 

Qeyd edək ki, Bakıda “Tvente” ilə 0:0 hesablı heç-heçə edən “Qarabağ” Hollandiyadakı bərabərlikdən (1:1) sonra səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.

0