Kapello və Berezutski azərbaycanlı jurnalistlərlə görüşəcək
29.08.2014 - 13:48
Kapello və Berezutski azərbaycanlı jurnalistlərlə görüşəcək

Rusiya yığması millimizlə keçirəcəyi yoldaşlıq oyunu üçün hazırlıqlara sentyabrın 1-dən etibarən başlayacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fabio Kapello yetirmələrinə ilk məşqi Moskva “Dinamo”sunun Novoqorskda yerləşən bazasında keçəcək.

 

İlk məşq Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Yığmanın ikinci məşqi isə sentyabrın 2-də gerçəkləşdiriləcək. Yenə eyni məkanda baş tutacaq hazırlıq bu dəfə Bakı vaxtı ilə saat 12:00-da olacaq. Hər iki məşqin ilk 20 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq. Hazırlığın sonunda isə mikst-zonada Rusiya millisinin 2 futbolçusu ilə KİV-in ünsiyyət qurmasına şərait yaradılacaq.

 

Sentyabrın 2-də həm də “Arena Ximki”də Fabio Kapellonun oyun öncəsi mətbuat konfransı olacaq. O, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək konfransda yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq. Kapello KİV önünə kapitan Vasili Berezutski ilə yanaşı çıxacaq.

 

Qeyd edək ki, Rusiya yığması sentyabrın 8-də Lixtenşteynlə seçmə mərhələ oyununun hazırlıqlarını isə Moskvadakı Eduard Streltsov adına stadionda keçirəcək.

0