Bakı klubundan Serbiya millisinə qayıdır - FOTO
29.08.2014 - 14:49
Bakı klubundan Serbiya millisinə qayıdır  - FOTO

“Azəryol”un yeni transferi Yovana Brakoçeviç dünya çempionatında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Serbiya millisinin baş məşqçisi Zoran Terziç açıqlama verib.

 

O bildirib ki, sentyabrın 23-də İtaliyada start götürəcək mundialda təcrübəli blokçunun köməyindən istifadə edəcək. Terziçin sözlərinə görə, Yovana çiynindəki zədəni artıq sağaldıb.

 

Qeyd edək ki, Bakı klubunun üzvü zədə səbəbindən dünya Qran-prisini buraxmışdı.

0