Yığmamızın baş məşqçisi jurnalistlərlə görüşəcək
01.09.2014 - 11:26
Yığmamızın baş məşqçisi jurnalistlərlə görüşəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir sentyabrın 2-də baş tutacaq.

 

Sabahki konfrans AFFA-nın inzibati binasında keçiriləcək və saat 13:30-da başlayacaq. Lippertin jurnalistlərlə görüşü İsrail komandasına qarşı keçiriləcək AVRO-2015-in seçmə oyunu ilə bağlı olacaq.

 

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də baş tutacaq Azərbaycan -İsrail oyunu saat 19:00-da başlayacaq. Görüş "Dalğa Arena"da keçiriləcək.

 

Mənbə: affa.az

0