[b]“Rüfət Dadaşov nəyə qadir olduğunu göstərib”[/b]
01.09.2014 - 15:29
[b]“Rüfət Dadaşov nəyə qadir olduğunu göstərib”[/b]

“Rüfət Dadaşov daim rəqibi gərginlikdə saxlayan hücumçudu. Feliks Luzun zədələnməsindən sonra komandamızın məhz belə futbolçuya ehtiyacı var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Saarbrükken” klubunun baş məşqçisi Fuat Kılıc deyib.

 

Regionalliqa təmsilçisinin çalışdırıcısı “transfer pəncərəsi”nin sonunda heyətə cəlb olunan Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun keçidini dəyərləndirib.

 

Kılıc hazırda yığmamızın düşərgəsində olan, sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da Bolqarıstanla AVRO-2016-nın seçmə oyununa hazırlaşan futbolçunun transferindən məmnunluğunu gizlətməyib: “Rüfət dəqiq hədəfləri olan, bu məqsədinə doğru planlı şəkildə irəliləyən oyunçudu. Regionalliqada çıxış etdiyi müddətdə nəyə qadir olduğunu göstərib. Dadaşov millidə beynəlxalq oyunlar təcrübəsi də toplayır. Belə futbolçunun bundan sonra komandamızda oynamasına şadıq”.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu bu yay keçdiyi “Tsvaybrüken”də cəmi 5 oyun keçirdikdən sonra komandasını dəyişib. Dadaşov yeni klubuna Bolqarıstanla oyundan sonra qoşulacaq.

 

0