[b]Respublika stadionu üçün 16 gün[/b]
01.09.2014 - 15:35
[b]Respublika stadionu üçün 16 gün[/b]

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü dəyişdirilir. Apasport.az saytının məlumatına görə, artıq bu məsələ ilə bağlı razılıq əldə olunub.

 

Belə ki, ot örtüyünün yararsız hala düşməsi ucbatından AFFA, Gənclər və İdman Nazirliyi və Respublika stadionunun rəhbərliyi arasında görüş keçirilib. Görüşdə vəziyyətdən çıxış yolları müzakirə olunub.

 

Nəticədə problemin təcili aradan qaldırılması məqsədilə hər üç tərəfin birgə fəaliyyəti ilə yaxın 16 gün ərzində stadionun ot örtüyünün dəyişdirilməsi barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunun Gənclər və İdman Nazirliyinin balansındadır.

0