“Qəbələ”də yeni futbolçu? - FOTO
01.09.2014 - 16:50
“Qəbələ”də yeni futbolçu? - FOTO

Topaz Premyer Liqasına istədiyi kimi başlaya bilməyən “Qəbələ” yeni transfer etmək fikrindədi. Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın rumıniyalı baş məşqçisi Dorinel Muntyanu həmyerlisi Ovidiu Hobanı heyətə qatmaq istəyir. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

 

Son mövsümü ölkəsinin “Petrolul” klubunda keçirən 31 yaşlı dayaq yarımmüdafiəçisini bir neçə klub heyətində görmək istəyir. Bunların arasından “Universitatya”, Zaqreb “Dinamo”su və başqa bir neçə klub var.

 

Lakin Hobanın “Petrolul”la müqaviləsi olduğu üçün və yay “transfer pəncərəsi”nin bağlanması səbəbindən onun digər komandalara keçməsinə problem yaranır. Muntyanun da israrla istədiyi futbolçunun Azərbaycana gəlmək ehtimalı çox azdır. Futbolçunun meneceri isə müştərisinin daha çox öz ölkəsində oynamağa meylli olduğunu bildirib.

 

 

0