“Azərbaycanla keçirilən iki oyunun nəticəsi bunu göstərir”
01.09.2014 - 20:10
“Azərbaycanla keçirilən iki oyunun nəticəsi bunu göstərir”

“Komanda iki qrupa bölündü, şənbə günü matç keçirən oyunçular və meydana çıxmayanlar arasında”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının yarımmüdafiəçisi Oleq Şatov deyib.

 

“Zenit”in futbolçusu sentyabrın 3-də yığma komandamızla keçiriləcək yoldaşlıq oyunu haqda yerli mətbuat nümayəndələrinin suallarını cavablandırıb: “Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluqdan sonar komandada əhval-ruhiyyə normaldır. Artıq qarşıdakı oyunlara nəzər salmaq lazımdır. Arxada qalan mundialı unutmaq gərəkdir. Kim keçmişə baxırsa, gələcəksiz qala bilər. Yalnız irəli baxmaq lazımdır. Azərbaycan yığmasını yoldaşlıq matçı üçün normal rəqib hesab edirikmi? DÇ-2014-ün seçmə mərhələsinin iki görüşünün nəticəsi bunu göstərir”.

 

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz Rusiyaya səfərdə 0:1 hesabı ilə uduzmuşdu. Berti Foqtsun yetirmələri Bakıda isə qonaqları evə 1 xalla yola saldılar.

0