“Sumqayıt”ın futbolçusuna 3 oyunluq cəza verildi
02.09.2014 - 12:35
“Sumqayıt”ın futbolçusuna 3 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi əvəzedici komandaların iştirakı ilə keçirilən çempionatın IV turu ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” – AZAL matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 

“Sumqayıt” – “Araz Naxçıvan” matçında Sumqayıt komandasının 5, Naxçıvan təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimələnib. Bu oyunun 63-cü dəqiqəsində “Sumqayıt”ın yarımmüdafiəçisi Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. 18 yaşlı futbolçu meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə ödəməyə məhkum edilib.

 

0