[b]“Qarabağ” Dnepropetrovskda oynamayacaq[/b]
02.09.2014 - 20:23
[b]“Qarabağ” Dnepropetrovskda oynamayacaq[/b]

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın “Dnepr” arasındakı səfər matçının Dnepropetrovskda keçirilməyəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu haqda Ukrayna mətbuatı xəbər verib.

 

Belə ki, Ukrayna klubları ilə bağlı qərarını açıqlayan UEFA siyasi gərginliklə əlaqədar olaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının oynanılmasına icazə verməyib. "Dnepr" təmsilçimizlə F qrupunda ev oyununu Kiyevdə keçirəcəyi gözlənilir. Həmçinin Ukrayna klubu digər görüşlərini də paytaxtda oyunayacaq.

 

Qeyd edək ki, “Qarabağ” “Dnepr”lə ilk oyununu səfərdə oktyabrın 23-də keçirəcək.  Bakıdakı matç isə noyabrın 6-da reallaşacaq. 

0