[b]Rəşad Sadiqov: Mən də məşqçi olsaydım, onu 3 gün komandada saxlamazdım[/b]
12.09.2014 - 10:37
[b]Rəşad Sadiqov: Mən də məşqçi olsaydım, onu 3 gün komandada saxlamazdım[/b]

“Mbilla Etamenin “Xəzər Lənkəran”dan qovulması düzgün qərar idi. Çünki o, bütün komandaya hörmətsizlik edirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

 

O, komandadakı hücumçu probleminə toxunarkən kamerunlu hücumçu Mbilla Etamenin heyətdən kənarlaşdırılmasını düzgün qərar sayıb: “O, komandamızın ölkə xaricində keçdiyi təlim-məşq toplanışına da gec qoşuldu. Daha sonra Bakıda və ya Lənkəranda keçdiyimiz hazırlıqlarda hörmətsizlik edirdi. Oyunlarda da saymazyana oynayırdı. Meydandan can qoymurdu. Əgər mən də məşqçi olsaydım, Mbillanı 3 gün komandada saxlamazdım. Elə istəyirdi ki, ancaq öz bildiyini eləsin. Sonda da öz arzusuna çatdı və komandadan qovuldu”.

0