[b]Superliqada nəhənglərin heç-heçəsi[/b] - YENİLƏNİB
15.09.2014 - 23:00
[b]Superliqada nəhənglərin heç-heçəsi[/b] - YENİLƏNİB

Ötən gün Türkiyə Superliqasında II tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış oyun günündə 4 qarşılaşma keçirilib.

 

 Bu görüşlərin ikisində qalib müəyyənləşməyib. Digər iki matçın birində qonaqlar, birində isə meydan sahibləri 3 xala sevinib.

 

Belə ki, “Bursaspor” səfərdə “Gənclərbirliyi”ni 1:2, “Konyaspor” evdə “Balıkəsirspor”u 2:0 hesabı ilə üstələyib. “Karabükspor” “Başakşəhər”in, lider “Qalatasaray” isə “Əskişəhərspor”un müqavimətini qıra bilməyib – 0:0.

 

Bu gün isə “Kasımpaşa” - “Mersin İdman Yurdu” və ”Qaziantepspor” – “Ərciyəsspor” oyunlarında xallar yarıya bölünüb. Hər iki görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Turun mərkəzi matçı “Trabzonspor”la “Fənərbaxça” arasında reallaşıb. Maraqlı keçən oyunda da qalib müəyyənləşməyib – 0:0 

 

Digər İstanbul nəhəngi "Beşiktaş" da xal itkisi ilə üzləşib. "Rizəspor"u qonaq edən "qara qartallar" məğlub olduğu görüşdə 81-ci dəqiqədə Şahanın qolu ilə məğlubiyyətdən xilas olub.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

 

Türkiyə Superliqası

II tur

13 sentyabr

“Gənclərbirliyi” – “Bursaspor” – 1:2

Qollar: Stanku, 19 - V.Sen, 54, Belluşi, 69

 

“Karabükspor” – “Başakşəhər” – 0:0

 

“Qalatasaray” – “Əskişəhərspor” – 0:0

 

“Konyaspor” – “Balıkəsirspor” – 2:0

Qollar: Torje, 29, Yıldız, 49-avtoqol

 

 

14 sentyabr

”Kasımpaşa” – “Mersin İdman Yurdu”- 2:2

Qollar: Malki, 62, Büyük, 82 - Tita, 34, 45

 

”Qaziantepspor” – “Ərciyəsspor” - 2:2

Qollar: Çağlayan, 75, Çiko, 81 - Zoua, 7; 38

 

”Trabzonspor” – “Fənərbaxça” - 0:0

 

 

15 sentyabr

“Akhisar B” – “Sivasspor” - 2:2

Qollar: Gekas, 9, 90+3 - Çaheçahe, 59, 90

 

”Beşiktaş” – “Rizəspor” - 1:1

Qollar: Şahan, 81 - Qorxmaz, 49

0