Dördqat fərq: 25-ci oyun, 15-ci məğlubiyyət
15.09.2014 - 10:25
Dördqat fərq: 25-ci oyun, 15-ci məğlubiyyət

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatlarında iki yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən seçmə oyunlarında Ukrayna ilə görüşən yığmamız 25-ci qarşılaşmasına çıxıb.

 

Yubiley oyunu 0:1 hesablı məğlubiyyətlə nəticələnib. Bu da komandamızın seçmə oyunlarında 15-ci məğlubiyyəti olub.

 

Qeyd edək ki, yığmamızın hesabında 7 qələbə və 3 heç-heçə də var. Millimiz 22 qol vurub və 88-ni buraxıb. Ukraynalıların vurduğu top bu göstəricidə 4 qat fərqin yaranmasına səbəb olub.

0