Hayle İbrahimov Azərbaycan tarixinə düşdü
15.09.2014 - 14:41
Hayle İbrahimov Azərbaycan tarixinə düşdü

Mərakeşdə keçirilən atletika üzrə Dünya Kuboku başa çatıb. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 gümüş medalla başa vurub.

 

Bu uğura Hayle İbrahimov imza atıb. Milliləşdirilmiş legionerimiz 3000 m məsafəni 7:53:14 dəqiqəyə qaçaraq, finiş xəttinə ikinci çatıb. Əldə olunan bu rekord Azərbaycan tarixinə ilk kimi düşüb.

 

Qeyd edək ki, İbrahimov ötən ay Sürixdə keçirilən Avropa çempionatında 5000 m məsafəyə qaçışda gümüş medala sahib olmuşdu.

0