“Sent-Etyen”in yarımmüdafiəçisi: Heç-heçə pis nəticə olmaz
17.09.2014 - 16:51
“Sent-Etyen”in yarımmüdafiəçisi: Heç-heçə pis nəticə olmaz

“Nə “Qarabağ” klubunun göstərdiyi oyun, nə də Azərbaycan futbolu bizə məlum deyil”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Conatan Brizon deyib.

 

Sabah Avroliqanın qrup mərhələsinin ilk oyununda “Qarabağ”la üz-üzə gələcək Fransa klubunun futbolçusu matç haqqında fikirlərini bildirib: “Karabükspor”la oyunda əzmkarlıq göstərib qrup mərhələsinə adladıq. Bunu qrupda da davam etdirməliyik. Azəırbaycan və “Qarabağ” haqqında demək olar ki, heç nə bilmirik. Bakıda heç-heçə də bizim üçün pis nəticə sayılmaz. Çünki tanımadığımız bir komanda ilə oynayacağıq. Ən əsas odur ki, qrup mərhələ oyunlarına xal qazanmaqla başlayaq. Düşünürəm ki, biz onlardan daha güclü komandayıq. Amma bunu meydanda göstərməliyik. Avroliqa daha çətin turnirdir. Daxili çempionatla müqayisə oluna bilməz”.

 

 

0