[b]Messinin 14-cü ildönümü - FOTO[/b]
17.09.2014 - 21:22
[b]Messinin 14-cü ildönümü - FOTO[/b]

“Barselona”nın hücumçusu Lionel Messi bu gün Kataloniya klubunda ildönümünü qeyd edir. Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü 14 ildir İspaniya təmsilçisinin formasını geyinir.

 

Qeyd edək ki, Messi 12 yaşında (17 sentyabr 2000-ci il) vətəni Argentinadan Kataloniyanın paytaxtına gəlib. O, bu klubun heyətində bir çox rekordlara imza atıb.

 

Həmçinin Lionel “Barsa”nın formasını geyindiyi zaman 4 dəfə “Qızıl top” mükafatına sahib olub. Messi 21 kubok və 3 dəfə Çempionlar Liqasını qazanıb. 

0