Baş məşqçi oyundan əvvəl nəticəni demək istəmədi
18.09.2014 - 00:39
Baş məşqçi oyundan əvvəl nəticəni demək istəmədi

“Mən heç vaxt oyundan əvvəl nəticəni deməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Valter Massarriyə məxsusdur.

 

O, ötən gün Avropa Liqasının qrup mərhələsində Kiyevdə “Dnepr”lə oyunöncəsi mətbuat konfransında iştirak edib: “Ölkə çempionatında əla oynadıq və inanıram ki bu qarşılaşmada da pis çıxış etməyəcəyik. Komandada çətinliklər həmişə olur. Hazırda sərəncamımda 23 futbolçu var. Bu mövsüm biz iştirak etdiyimiz bütün yarışlarda özümüzü göstərməyə çalışacağıq”.

 

Qeyd edək ki, "Dnepr" - "İnter" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlacaq.

 

 

0