[b]“Topaz” “Qarabağ” – “Sent-Etyen” duelinin şanslısını açıqladı[/b]
18.09.2014 - 08:47
[b]“Topaz” “Qarabağ” – “Sent-Etyen” duelinin şanslısını açıqladı[/b]

“Topaz” Avropa Liqasının qrup mərhələsinin I turunun əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Sent-Etyen” (Fransa) matçına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” təkli matç kimi təqdim etdiyi görüşdə qonaqları daha şanslı hesab edir. Belə ki, Ağdam klubunun qələbəsi 3,20 əmsalla qiymətləndirildiyi halda, qonaqların 3 xal qazanmasına 1,85 əmsal verilib. Matçda heç-heçə 3,30 əmsaldır.

 

Qeyd edək ki, görüş saat 21:00-da başlayacaq.

0